“Dəyər üçün əməkdaşlıq” proqramının bağlanış tədbiri keçirilib

8 avqust 2025-ci il tarixində Lütfizade Texnologiya Mərkəzində “Dəyər üçün əməkdaşlıq” (Collaborate for Impact) proqramının rəsmi bağlanış tədbiri keçirilib.
Tədbirin açılışında proqram rəhbəri Gülnarə İsmayılova proqram çərçivəsində əldə olunan nəticələr, öyrənilmiş dərslər və tərəfdaşlıqlar haqqında ətraflı təqdimatla çıxış edib.
Tədbir zamanı ölkəmizdə ilk dəfə yaradılan Impact Azerbaijan-ın fəaliyyəti və ölkədə təsir investisiyalarına dəstək sahəsində atılan addımlar iştirakçılara təqdim olundu. Təşkilatın nümayəndəsi Samir Əliyev “Azərbaycanda ESG Təcrübələrinin Gücləndirilməsi” mövzusunda həyata keçirilən tədqiqatın nəticələrini paylaşdı.
Bu tədqiqat çərçivəsində Azərbaycanın müxtəlif sektorlarını təmsil edən 31 aparıcı şirkətin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrində fəaliyyəti qiymətləndirilib. Məqsəd isə ESG sahəsində mövcud çatışmazlıqları aşkara çıxarmaq, həmçinin inkişaf yollarını təklif etməkdir