Cəmiyyətdə sosial dəyər yaradan layihələrə dəstək oluruq

Cəmiyyətdə sosial dəyər yaradan layihələrə dəstək oluruq!

Education HUB sosial sahibkarlıq proqramı “Lütfizadə Texnologiya Mərkəzi”nin həyata keçirdiyi “No Code” İnkubasiya Proqramı ilə birgə əməkdaşlığı davam edir. Sosial sahibkarlıq komandaları yanvarın 28-də beynəlxalq təlimçi Nuranə Məmmədovanın təqdimatında sosial sahibkarlıq təlimlərinə qatılıblar.

Növbəti aylarda layihə komandaları Avropa Təsir Fondu və Avropa İttifaqının qismən dəstəyi (EU) ilə Education HUB tərəfindən təşkil olunacaq Xüsusi mentorluq sessiyalarına başlayacaqlar.