Sosial sahibkarların korporativ satınalmalar sərgisi

Education HUB və Dəstəkçi platformasının təşkilatçılığı ilə ''Sosial Sahibkarlar üçün Korporativ Satınalmalar" sərgisi həyata keçiriləcək.

Sərgi KOBİA və PAŞA Bank-ın dəstəyi ilə "Azərbaycanda sosial dəyər həftəsi" silsilə tədbirləri çərçivəsində həyata keçirilir.

"Azərbaycanda sosial dəyər həftəsi" tədbiri "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində Education HUB tərəfindən digər tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

Sərginin əsas məqsədi sosial sahibkarlar, kiçik və orta biznes subyektləri və korporativlər arasında əlaqələrin qurulmasıdır. Sərgidə həm korporativ şirkət, həm də sərgi iştirakçısı kimi qeydiyyatdan keçmək olar.

Korporativ şirkətlər üçün qeydiyyat: Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi (google.com)